Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi alışyönlü olub - 1,4 milyard ABŞ dolları təşkil edib.
AMB-dən Fins.az-a verilən məlumata görə, nəticədə qurumun valyuta ehtiyatları 20,3 % artaraq 10,8 milyard ABŞ dollarını keçib.
Həmçinin məlumatda qeyd edilib ki, tədiyə balansının cari əməliyyatlar hesabında iri profisitlə əlaqədar (9 ayda 6,7 milyard ABŞ dolları və yaxud ÜDM-in 12,5 %-i qədər) ilin əvvəlindən bəri AMB-də keçirilən valyuta hərraclarının 95 %-də təklif tələbi üstələyib.
Fuad Mədətov
Fins.az