Rabitəbankın “Rabita Mobile” tətbiqi “NETTY 2023” Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb. Tətbiq virtual münsiflər heyəti və ekspert şurasının səsverməsi nəticəsinə görə tətbiqlər və utilitilər üzrə "Maliyyə, bankçılıq və fintech” nominasiyasında “İlin mobil tətbiqi” elan olunub.
Fins.az xəbər verir ki, 2005-ci ildən keçirilən NETTY Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır.
İnnovativ həllər təklif edən və rəqəmsal imkanlarını daim genişləndirən “Rabita Mobile” tətbiqi müştərilərin həyatını daha da asanlaşdırmağı hədəfləyib. Tətbiq dünyanın istənilən nöqtəsində və istənilən vaxtda bank xidmətlərindən operativ və rahat şəkildə istifadə etməyə imkan verir. Artıq banka getmədən tətbiq vasitəsilə 700-dən çox ödəniş, 200-dən çox ölkənin kartına sərfəli pul köçürmələri, onlayn kart sifarişi və kredit ödənişi xidmətlərindən istifadə etmək mümkündür. Tətbiqin “hesabı böl” (split bill) funksiyası ilə istənilən ödənişi dostlar arasında bölmək və toplanılan ƏDV-ləri komissisiyasız nağdlaşdırmaq olar. Bundan başqa, “Rabita Mobile” tətbiqinə əlavə edilmiş “TezÖdə” funksiyası ilə müxtəlif ödənişləri rahat və növbəsiz şəkildə etmək mümkündür. Daha sürtəli xidmət göstərmək üçün tətbiqdə onlayn çat da fəaliyyət göstərir.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.