Dünyada mənfi faiz dərəcələri tətbiq edən sonuncu mərkəzi bank olan Yaponiya Bankı (BOJ) bu mövqeyini qoruyub.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bank siyasət faizini mənfi 0,1 faiz səviyyəsində sabit saxladı. BOJ qərarında mənfi faiz dərəcələrinin gələn il sona çatacağına dair şifahi göstərişlər yer almayıb.
Yekdil qərarla gəlir əyrisinə nəzarət rejiminə heç bir dəyişiklik edilmədi.
Kazuo Uedanın sədrlik etdiyi mərkəzi bank, mənfi faiz dərəcələrindən imtina etməzdən əvvəl maaşların inflyasiyanı daimi dəstəklədiyini görmək istəyir.
Uedanın parlamentdəki çıxışında ilin sonuna doğru işlərin çətinləşəcəyini söyləməsi mənfi faiz dərəcələrindən imtina ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb oldu və bu spekulyasiyalar nəticəsində Yapon valyutası yeni dəyər qazandı.
Qərardan əvvəl 142,64-dən ticarət edilən dollar/yen məzənnəsi kəskin yüksələrək 143,78-ə yüksəlib.
Qərar mətnində müsbət faiz dərəcələrinə istinad olmasa da, bazarlar bankın ən çox 2024-cü ilin aprelində mənfi faiz dərəcələrindən imtina edəcəyini qiymətləndirir.
Credit Agricole CIB Sinqapur FX Strateqi David Forrester, "BOJ-nin ritorikasında dəyişiklik olmaması, mənfi faiz siyasətinin 2024-cü ilin aprelində sona çatacağını proqnozlaşdıraraq, bazar qiymətlərini aqressiv edir" şərhini verdi.
Günel Məlikzadə
Fins.az