BANK

15 Dekabr

Tədiyyə balansının profisiti 6,4 milyard dollar təşkil edib

2023-cü ilin yanvar-sentyabr aylarında tədiyyə balansının profisiti (ehtiyat aktivlərin dəyişimi) 6,4 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 15,8% azdır.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-dən qeyd edilib ki, 2023-cü ilin 9 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında 6.7 mlrd. dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 0.4 mlrd. dollar profisit yaranıb, ehtiyat aktivləri 6.4 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 83$/barel olub, qeyri-neft-qaz ixracı isə 17% artaraq 2.4 mlrd. dollar səviyyəsində formalaşıb.

Fuad Mədətov
Fins.az