BANK

14 Dekabr

İsveçrə Milli Bankı faiz dərəcələrini dəyişməz saxlayıb

İsveçrə Milli Bankı (SNB) ABŞ Federal Ehtiyat Sisteminin (FED) güvercin addımı ilə paralel olaraq siyasət faizini dəyişməyib. Digər iclaslardan fərqli olaraq, SNB qərar mətnindən “faiz artımının mümkünlüyü” ifadəsini çıxarıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, SNB siyasət faizini 1,75 faiz səviyyəsində saxlayıb. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin bu səviyyədə sabit qalması idi.

İclasın qərar mətnində mərkəzi bankın lazım gəldikdə valyuta bazarında aktiv olmağa hazır olduğu ifadə edilərkən, əvvəlki qərar mətnindəki “diqqət valyuta satışına yönəlib” ifadəsi çıxarılıb. Digər tərəfdən SNB zərurət yaranarsa pul siyasətini tənzimləyəcəklərini bildirərək valyuta bazarlarına müdaxilə etməyə hazır olduqlarını açıqlayıb.

Qərar mətnində "İnflyasiyanın inkişafını yaxından izləməyə davam edəcəyik" ifadəsi işlənilib və inflyasiya təzyiqinin bir qədər azaldığı, lakin qeyri-müəyyənliyin yüksək olduğu qeyd edilib. Digər tərəfdən, növbəti rübdə İsveçrədə artımın zəif ola biləcəyi və işsizlik artımının mərhələli şəkildə davam edəcəyi ehtimalı da ifadə edilib.

Günel Məlikzadə
Fins.az