FED rəsmilərinin pul siyasəti ilə bağlı proqnozları və FED sədri Jerome Pouellin yaxın müddətdə faiz endirimi ehtimalını istisna etməyən açıqlamaları FED-in diqqətini endirmə vaxtına çevirdiyini göstərdi. Pauellin açıqlamalarından sonra qurumlar da təhlillərini yeniləyiblər.
Fins.az bazar oyunçularının FED ilə bağlı gözləntilərini təqdim edir.
JPMorgan:
Daha əvvəl FED-in 2024-cü ilin iyul ayında monetar yumşaldmağa başlayacağını proqnozlaşdıran JPMorgan FED sədri Jerome Powell-in açıqlamalarından sonra bu gözləntisini 2024-cü ilin iyun ayına endirdi.
Qurum 2024-cü ilin sonuna kimi ABŞ-da siyasət dərəcəsinin 125 baza bəndi azalacağını proqnozlaşdırır.
Goldman Sachs:
Goldman Sachs FED-in bazardakı ümumi gözləntilərə uyğun olaraq 2024-cü ilin martında faiz endiriminə başlayacağını gözləyir.
Goldman Sachs-a görə, FED gələn ilin mart, may və iyun iclaslarında faiz dərəcələrini hər biri 25 baza bəndi azaldacaq.
Barclays:
Barclays iqtisadçıları FED-in gələn ilin yolu ilə bağlı qiymətləndirmələrində iyun ayından başlayaraq üç faiz endirimi edəcəyini proqnozlaşdırırlar.
Qurum daha əvvəl faiz dərəcələrinin azaldılması üçün 2024-cü ilin dekabrına işarə etmişdi.
Günel Məlikzadə
Fins.az