Sağçı populist Xavyer Mileinin vəzifəyə gələn kimi valyutanı devalvasiya etdiyi Argentinada son inflyasiya məlumatları yeni hökumətin işinin asan olmayacağını göstərirdi.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Argentinada illik inflyasiya noyabrda 160,90 faiz təşkil edib. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri ölkədə inflyasiyanın illik 156,30 faiz səviyyəsində qeydə alınacağı idi. Oktyabrda ölkədə illik inflyasiya 142,70 faiz təşkil edib.
Noyabrda aylıq inflyasiya 12,80% olub. Bu məlumat üçün gözlənti 11,40% olaraq təyin olundu. Oktyabrda aylıq inflyasiya 8,30% olaraq qeyd edildi.
Günel Məlikzadə
Fins.az