BANK

16 Dekabr

ABŞ-dakı əsas inflyasiya çətin bir yola işarə edib

ABŞ Əmək Departamenti noyabr ayı üçün istehlakçı inflyasiyası məlumatlarını açıqlayıb. Məlumatlar baza inflyasiyanın sürətləndiyini göstərsə də, FED-in yaxın müddətdə faiz dərəcələrini yüksək tutacağına dair gözləntiləri gücləndirdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, inflyasiya aylıq 0,1 faiz, illik isə 3,1 faiz təşkil edib. Oktyabrda illik inflyasiya 3,2 faiz təşkil edib.

Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiyası sürətlənib və aylıq 0,3 faiz artıb. Əvvəlki ayda 0,2% artım oldu. İllik bazda isə 4 faiz səviyyəsində dəyişməz qalıb.

Qiymət təzyiqləri 40 illik zirvədən düşsə də, inflyasiya hələ də hədəfin üstündə qalır. Güclü məşğulluq bazarı istehlak xərclərini və daha geniş iqtisadiyyatı dəstəkləyir.

FED-in sabahkı iclasında faiz dərəcələrində hər hansı dəyişiklik edəcəyi gözlənilmir.

Günel Məlikzadə
Fins.az