BANK

16 Dekabr

Xəzinədən 8,6 milyard TL borc alıb - TÜRKİYƏ

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi dekabr ayı daxili borclanma proqramını 5 illik CPI indeksli istiqrazlarla davam etdirib.

Fins.az xəbər verir ki, Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin 5 illik TÜFE indeksli istiqraz hərracında 9,12 milyard TL təklifə qarşı 4,57 milyard TL xalis satış edildi. Hərracda real mürəkkəb faiz mənfi 0,01 faiz olub.

Türkiyə Xəzinə və Maliyyə Nazirliyi yarımillik kupon ödənişli 5 illik TÜFE indeksli dövlət istiqrazlarının yenidən buraxılmasından əvvəl market-meykerlərdən və ictimaiyyətdən cəmi 4 milyard TL borc götürüb.

Tenderdən əvvəl market-meykerlərin 2,1 milyard TL təklifinə cavab olaraq, 1 milyard TL satış edildi. Xalqdan gələn 12 milyard TL-lik təklifə cavab olaraq 3 milyard TL satış edildi.

Günel Məlikzadə
Fins.az