Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları 677,9 milyon manat faiz xərcləri çəkib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2% çoxdur.
Bankların aylıq faiz xərclərinin 479,9 milyon manat depozitlər üzrə faiz xərcləridir. Bu isə 1 il əvvələ nisbətən 30,5% çoxdur.
Fuad Mədətov
Fins.az