BANK

12 Dekabr

Azərbaycan banklarının faiz gəlirləri artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan bankları 2 861,9 milyon manat faiz gəlirləri əldə edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% çoxdur.

Bankların 10 aylıq faiz gəlirlərinin 2 101,8 milyon manat kreditlər üzrə faiz gəlirləridir. Bu isə 1 il əvvələ nisbətən 17,1% çoxdur.

Fuad Mədətov
Fins.az