BANK

11 Dekabr

Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin proqnozunu Stabildən Pozitivə yüksəltdi

Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb.

ABB-dən Fins.az-a verilən məlumata görə, Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. Eyni zamanda, agentlik ABB-nin Kredit ödəmə və Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib.

ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə əsaslandırılır.   

Moody's-in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun Stabildən Pozitivə dəyişdirilməsi bununla bağlıdır.

Fuad Mədətov
Fins.az