BANK

11 Dekabr

Azərbaycanda nağdsız əməliyyatların ümumi məbləği artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 38,188 milyard manat məbləğində nağdsız əməliyyat aparılıb. 

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

10 aylıq məbləğin 30,273 milyard manatını elektron ticarət, 7,859 milyard manatını POS-terminallarla aparılan əməliyyatar, 0,056 milyard manatını isə bankomatlarla aparılan əməliyyatlar təşkil edib.

Fuad Mədətov
Fins.az