Bu il noyabrın 1-nə Azərbaycanda 16,21 milyon ədəd ödəniş kartı olub.
Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 20,9% çoxdur. Artım debet kartlarında 20,8%, kredit kartlarında isə 22,1% təşkil edib.
Fuad Mədətov
Fins.az