BANK

05 Dekabr

Avropada inflyasiya gözləntiləri son 5 ayın ən yüksək səviyyəsində

ECB-nin sorğusuna görə, 12 aylıq inflyasiya gözləntisi 4 faizlə 5 ayın ən yüksək səviyyəsində qalıb.

Fins.az xəbər verir ki, 3 illik inflyasiya gözləntisi dəyişməyərək 2,5% olub.

Avrozonada inflyasiya son aylarda ılımlılaşıb və iqtisadçıların proqnozlarından aşağı olub. Noyabrda inflyasiya 2,4 faizə enərkən, ECB rəsmilərinin yaxından izlədiyi əsas inflyasiya 3,6 faizə enib.

ECB yüksək inflyasiya ilə mübarizə çərçivəsində son 10 iclasında faiz dərəcələrini artırmışdı. Gələn həftə keçiriləcək iclasda bankın faiz dərəcələrini dəyişməsi gözlənilmir. Bazarlarda gələn ilin aprelində endirilən faiz dərəcəsi 100% olaraq qiymətləndirilir. Bununla belə, qeyri-sabit enerji qiymətləri və keçən ilki qiymət şokundan sonra hökumətlər tərəfindən görülən tədbirlərin təsirləri səbəbindən dekabr ayında inflyasiyanın yenidən sıçrayacağı gözlənilir.

Avropa Mərkəzi Bankının şahin üzvlərindən biri olan İdarə Heyətinin üzvü İzabel Şnabel bu gün verdiyi açıqlamada bildirib ki, inflyasiyanın əhəmiyyətli dərəcədə yavaşlaması faiz dərəcələrinin daha da artması ehtimalını azaldır.

Günel Məlikzadə
​Fins.az