BANK

05 Dekabr

İsveçrənin Pictet bankı vergidən yayındığına görə cərimələnib

ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada İsveçrənin Pictet bankının ofşor hesablardakı aktiv və gəlirlərini gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyini etiraf etdiyi qeyd edilib.

Fins.az xəbər verir ki, açıqlamada bankın İsveçrə və başqa yerlərdəki 1637 gizli bank hesabında 5,6 milyard dollardan çox aktivləri gizlətmək və bu hesablardan əldə edilən gəlirləri ABŞ Daxili Gəlir Xidmətindən (IRS) gizlətmək üçün Amerika vergi ödəyiciləri ilə əməkdaşlıq etdiyi bildirilib.

İsveçrə və başqa yerlərdə bankda hesabı olan amerikalı vergi ödəyicilərinin 2008-2014-cü illər arasında təxminən 50,6 milyon dollar vergidən yayındığı və bankın razılaşmaya uyğun olaraq ABŞ Xəzinədarlığına təxminən 123 milyon dollar ödəməyi qəbul etdiyi ifadə edildi.

O da qeyd olunub ki, bank gələcəkdə vergidən yayınma üçün öz xidmətlərindən istifadədən qorunmaq üçün müqavilə çərçivəsində tədbirlər həyata keçirəcək və istintaqda səlahiyyətli orqanlarla əməkdaşlıq edəcək.

Günel Məlikzadə
Fins.az