Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarlığa dəstək məqsədilə keçirilən tədbirləri davam etdirir.
Bankdan Fins.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində yeni kampaniyaya start verilib. Əsas məqsəd il sonuna doğru bizneslərdə sifarişlərin artması, həmçinin bayramlar öncəsi tədarük və təchizat prosesində yarana biləcək çətinliklərin operativ həllidir. Bu təşəbbüs kiçik və orta sahibkarların əlavə vəsaitlərə yaranacaq ehtiyaclarının qarşılanmasına imkan verəcək.
Belə ki, 4-31 dekabr 2023-cü il tarixləri aralığında onlayn biznes kreditinə müraciət edən biznes sahibləri krediti 1.5% deyil 0.9% birdəfəlik komissiya ilə əldə edə bilərlər. Onlayn kreditlər üzrə faiz dərəcəsi 12%-dən başlayaraq, 250.000 AZN-dək məbləğdə təqdim olunur. Onu da qeyd edək ki, kredit vəsaiti sahibkarlardan girov tələb olunmadan rəsmiləşdirilir.
Bu endirim yalnız kampaniya müddəti ərzində onlayn kredit müraciətini tam formada yekunlaşdıran sahibkarlara şamil olunacaq.
“PAŞA Bank”ın onlayn biznes kreditinə indi müraciət edin və cəmi 1 iş günü ərzində qərar haqqında bildiriş alın.