Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın kredit ittifaqları 1,5 milyon manat faiz gəlirləri əldə edib.
Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.
Kredit ittifaqlarının 9 aylıq faiz gəlirlərinin hamısı 1 il əvvəl olduğu kimi kreditlər üzrə faiz gəlirləridir.
Fuad Mədətov
Fins.az