BANK

03 Dekabr

Fransada inflyasiya azalıb, iqtisadiyyat daralıb

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun məlumatlarına görə, Fransada noyabr ayında inflyasiya gözləntilərin altında illik bazda yüzdə 3,8 olaraq açıqlanıb. Digər tərəfdən, ölkə iqtisadiyyatı ilin üçüncü rübündə gözləntilərə uyğun olaraq 0,1% daraldı.

Fins.az xəbər verir ki, Fransada noyabr inflyasiyası gözlənildiyindən çox düşsə də, üçüncü rübdə iqtisadiyyat gözlənilmədən daraldı. Bu, investorların yazda Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini aşağı salacağı ilə bağlı proqnozlarını artırmasına səbəb olub.

Cümə axşamı günü INSEE statistika idarəsinin yenidən işlənmiş məlumatlarına görə, Fransa iqtisadiyyatı gözləntilərə uyğun olaraq ilin üçüncü rübündə  0.1% daraldı.

AB-yə uyğun ilk inflyasiya məlumatlarına görə, ölkədə inflyasiya noyabr ayında illik bazda yüzdə 3,8 ilə gözləntilərin altında açıqlandı . Bloomberg-in iqtisadçılar arasında apardığı sorğuya görə, faizin 4,1 faiz olacağı gözlənilirdi. Oktyabr ayında inflyasiya illik 4,5 faiz olaraq açıqlanıb.

Günel Məlikzadə
Fins.az