BANK

30 Noyabr

Ceyms Daymon: "Amerika hökuməti məni Çini tərk etməyə məcbur etsə, Çini tərk edəcəm"

JPMorgan Chase-in baş direktoru Ceyms Daymon çərşənbə günü bildirib ki, ABŞ hökuməti ona göstəriş verərsə, bankı Çindən çıxacaq.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Tayvanla bağlı gələcəkdə baş verə biləcək münaqişə ilə bağlı Daymon sammitdəki çıxışında "Amerika hökuməti məni Çini tərk etməyə məcbur etsə, Çini tərk edəcəm" dedi.

Çində uzun müddətdir fəaliyyət göstərdiyini bildirən JPMorgan, orada investisiya və korporativ bankçılıq, ödənişlər və aktivlərin idarə edilməsini həyata keçirir. Ukrayna və İsraildəki müharibələr nəticəsində artan geosiyasi gərginlik başqa narahatlıqları da artırıb.

"Heç kim bunun - Tayvan müharibəsinin baş verəcəyini düşünmür. Bu baş verərsə dünya və Çin üçün çox pis olardı"- Daymon dedi.

Daymon dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin ilə münasibətləri "çox mürəkkəb məsələ" adlandırdı və həm Çin, həm də ABŞ hökuməti ilə qarşılıqlı əlaqənin zəruri olduğunu söylədi. "Düşünürəm ki, Amerika bankının dünyadakı transmilli şirkətlərə və Çinə öz inkişaflarında kömək etmək üçün orada olması yaxşı bir şeydir. Əgər Amerika hökuməti nədənsə "Xeyr, mən daha bunu edə bilmərəm" deyirsə," belə də olsun" dedi Daymon.

Bank sürətli moda pərakəndə satış şirkəti Shein və TikTok ana şirkəti ByteDance də daxil olmaqla Çinli müştərilərə məsləhət verir.

Günel Məlikzadə
Fins.az