Cənubi Koreya Mərkəzi Bankı gözlənildiyi kimi faiz dərəcələrini 3,5 faiz səviyyəsində saxlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı iqtisadçıların gözləntilərinə uyğun olaraq, ardıcıl yeddinci iclasında benchmark siyasət faizini 3,5 faiz səviyyəsində saxlayıb.
"İnflyasiya əvvəllər gözləniləndən yüksək olsa da, əsas yavaşlama tendensiyasının davam edəcəyi proqnozlaşdırılır", - Koreya Bankı öz açıqlamasında bildirib.
Ən əsası isə Cənubi Koreya Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sisteminin daha da sərtləşdirməsi ilə bağlı narahatlıqların və geosiyasi risklərin azaldığını düşünür.
Bununla belə, o da bildirilib ki, əsas ölkələrdə məhdudlaşdırıcı pul siyasəti mövqelərinin təsiri ilə qlobal iqtisadi artımın 2024-cü ildə yavaşımağa davam edəcəyi təxmin edilir.
Günel Məlikzadə
Fins.az