BANK

02 Dekabr

Moody's: "Ekoloji risklərə görə borclar 4 trilyon dolları keçib"

Moody's tərəfindən nəşr olunan hesabata görə; Risk altında olan öhdəliklər 2015-ci ildəki 2 trilyon dollar səviyyəsindən iki dəfədən çox artıb.

Fins.az Moody's Investors Service-in məlumatına istinadən xəbər verir ki, ekoloji risklərə daha çox məruz qalan borcun məbləği on ildən az müddətdə iki dəfədən çox artaraq 4 trilyon dollardan çox olub.

Çərşənbə axşamı dərc olunan hesabata görə, hazırda 16 sektor "yüksək və ya çox yüksək ekoloji kredit riski" ilə üzləşir. 2015-ci ildə bu risklə üzləşən sektorların sayı 9 olub. Ən yüksək riskli sektorlar neft və qaz, mədənçıxarma və kimyadır. Reytinq agentliyi iqlim dəyişikliyi, tullantılar və çirklənmə də daxil olmaqla ətraf mühit təzyiqlərinin 82 trilyon dollar borcu olan 90 sektora potensial kredit təsirini araşdırıb.

“Qlobal miqyasda bir çox sektorlar öz borclarına xidmət etmək imkanlarının dəniz səviyyəsinin yüksəlməsi, qasırğalar, karbon emissiyaları, çirklənmə, biomüxtəlifliyə təhlükə və digər ekoloji təzyiqlər səbəbindən potensial olaraq daha böyük risklərə məruz qaldığını görəcəklər”, - Moody's yazıb.

Hesabat siyasətçilərin, diplomatların, maliyyəçilərin və biznes liderlərinin qlobal istiləşmənin planetdəki dağıdıcı təsirlərini necə aradan qaldıracağını müzakirə etmək üçün bir araya toplaşacağı Dubayda COP28 iqlim dəyişikliyi konfransının başlamasına bir neçə gün qalmış hazırlanıb.

Günel Məlikzadə
Fins.az