BANK

29 Noyabr

Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27 % təşkil edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27 % təşkil edib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunan "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər məqsəd nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni ağıllı cihazlar vasitəsilə həyata keçirilməsini təşviq edilməsidir.

R.Qasımov vurğulayıb ki, qeyd olunan amillər vətəndaşların ödənişlər zamanı kart məlumatlarının oğurlanması ehtimalının, fırıldaqçılıq hallarının qarşısını almaqda rol oynayır.

Fuad Mədətov
Fins.az