BANK

29 Noyabr

İstehlak kreditlərində yumşaldıcı və sərtləşdirici faktorların təsir dərəcəsi azalıb - AMB

İstehlak kreditlərində yumşaldıcı və sərtləşdirici faktorların təsir dərəcəsi son rüblərdə azalıb.

Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankın keçirdiyi “Kreditləşmə Fəaliyyətinə Dair Sorğunun Nəticələrinə” əsasən xəbər verir.

Qeyd edilib ki, cari ilin III rübü ərzində istehlak kreditləri üzrə kredit standartlarına 4 faktor təsir edib və onların ikisi yumşaldıcı, digər ikisi isə sərtləşdirici təsir göstərib.

Bildirilir ki, cari ilin III rübündə digər banklarla rəqabət və inflyasiya gözləntiləri əsas yumşaldıcı faktor, əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər və maliyyələşmə dəyəri isə sərtləşdirici faktorlar olub.

Kreditləşmə fəaliyyətinə dair sorğunun 3-cü rüb üzrə nəticələrinə əsasən əhalinin borclanma səviyyəsində ciddi artım müşahidə edilməyib. Belə ki, respondent bankların 74%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 26%-i isə orta dərəcədə artım olduğunu bildirib. Əhalinin borclanma səviyyəsinə görə uzunmüddətli diffuziya indeksi üzrə son 4 rübdə azalma tempi müşahidə edilsə də, indeks müsbət zonada qalmaqdadır.

Fuad Mədətov
Fins.az