BANK

29 Noyabr

Nağdsız ödənişlərin həcmi 2 dəfə artıb - AMB-nin baş direktoru

Bu ilin ilk on ayında nağdsız ödənişlərin həcmi 2 dəfə artıb.

Fins.az xəbər verir ki, bu barədə VİSA ilə Mərkəzi Bankın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMB-nin baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, mobil bank həllərindən istifadənin həm sayında, həm də ödənişlərin həcmində 2 dəfə artım müşahidə edilir və bank kartlarının ödənişlərdə çəkisi 55%-ə çatıb:

“Bu, onu göstərir ki, gündəlik ödənişlərdə nağdsız ödənişlərin həcmi kəskin artır. Bu da özü ilə riskləri formalaşdırır. Həssas ödəniş məlumatlarının ələ keçirilməsi və dələduzluq halları yaradır”.

Fuad Mədətov
Fins.az