BANK

21 Noyabr

"Türk Eximbank" "Çin Eximbank" ile anlaşma memorandumu imzalayıb

Türkiyə Eksimbankı ilə Çin Eksimbankı arasında danışıqları bir müddətdir davam edən ümumi əməkdaşlığa dair anlaşma memorandumu Avstraliyanın Sidney şəhərində hər iki təşkilatın üzv olduğu Asiya Eksim Bankları Forumunun 2023-cü il İllik Toplantısı zamanı imzalanıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün keçirilən imzalanma mərasimi ilə qüvvəyə minən Anlaşma Memorandumu Türk və Çin şirkətlərinin üçüncü ölkələrdə birgə həyata keçirəcəkləri layihə və əməliyyatlara paralel-birgə maliyyələşdirmə və təminatlarla texniki əməkdaşlıq, eləcə də dəstək vermək məqsədi daşıyır. 

Razılaşma iki təşkilat arasında önümüzdəki dövrdə ön plana çıxacaq konkret əməkdaşlıqlar üçün infrastrukturun yaradılması baxımından əhəmiyyətlidir.

Günel Məlikzadə
Fins.az