BANK

21 Noyabr

Çin və Səudiyyə Ərəbistanı arasında mübadilə müqaviləsi

Çin və Səudiyyə Ərəbistanı təxminən 7 milyard dollar dəyərində yerli valyutaya əsaslanan svop müqaviləsi imzalayaraq, Yaxın Şərq ölkələrinin və inkişaf etməkdə olan bazarların qeyri-neft ticarətinin daha böyük hissəsini dollardan ayıracaq kritik bir addım atdılar.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İki ölkənin mərkəzi bankları üç illik razılaşmada ən çoxu 50 milyard yuan və ya 26 milyard rial dəyərində svop müqaviləsi üzrə razılığa gəliblər. Çin Səudiyyə Ərəbistanının ən böyük ticarət tərəfdaşıdır və əsas enerji və əmtəə ixracatçıları ilə əməliyyatlarda yuanın istifadəsini təşviq edir.

Çin Mərkəzi Bankı tərəfindən edilən açıqlamada, svop müqaviləsinin maliyyə əməkdaşlığının gücləndirilməsinə, ölkələr arasında ticarət və investisiyaların asanlaşdırılmasına kömək edəcəyi bildirilib. Səudiyyənin pul idarəsi bunun iki mərkəzi bank arasında artan əməkdaşlığı əks etdirdiyini bildirib.

Razılaşma Pekin və Ər-Riyad arasında əlaqələrin möhkəmlənməsinin son əlaməti kimi qiymətləndirilib. Səudiyyə Ərəbistanı uzun müddətdir Çinin əsas neft tədarükçülərindən biri olsa da, son illərdə ticarət əlaqələri genişlənib, Səudiyyə Aramco Çinin neft-kimya sektoruna milyardlarla dollar sərmayə qoyub və Krallıq Çin texnologiya şirkətlərini cəlb etməyə çalışıb.

Ötən il Çin sədri Si Cinpin Ər-Riyada səfər edərkən iki ölkə arasında prinsipial olaraq 50 milyard dollarlıq müqavilələr imzalanıb.

Günel Məlikzadə
Fins.az