BANK

20 Noyabr

Çin Xalq Bankı faiz dərəcələrini dəyişməz saxlayıb

Çin Xalq Bankı noyabr ayı üçün bir illik və beş illik kredit faizlərini (LPR) 3,45 faiz və 4,2 faiz səviyyəsində saxlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  Çində yeni və ödənilməmiş kreditlərin əksəriyyəti bir illik LPR-ə əsaslansa da, beş illik faiz dərəcəsi ipotekanın qiymətinə təsir göstərir.

Bu, Çin Xalq Bankının avqust ayında bir illik LPR-ni 3,55 faizdən 3,45 faizə endirməsindən sonra ardıcıl üçüncü aydır.

Bu arada, beşillik LPR sonuncu dəfə iyun ayında 4,3 faizdən endirildikdən sonra ardıcıl beş ay ərzində 4,2 faiz səviyyəsində saxlanılıb.

Günel Məlikzadə
Fins.az