BANK

13 Noyabr

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın bu ilin 10 ayında keçirdiyi valyuta hərraclarının 99-da təklif tələbi üstələyib.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, valyuta bazarında məzənnə sabitliyinin təmin edilməsi məqsədilə AMB bazara alışyönümlü müdaxilələr həyata keçirib və bunun sayəsində AMB-nin ehtiyatları 1 milyard 248 milyon ABŞ dolları artıb.

Fuad Mədətov
Fins.az