İqtisadçıların fikrincə, Avrozonada inflyasiya 2025-ci ilin əvvəlində 2 faizlik hədəfdən aşağı düşəcək. Beləliklə, iqtisadçılar inflyasiya hədəfinə Avropa Mərkəzi Bankının proqnozlaşdırdığı vaxtdan tez nail olunacağı qənaətindədirlər. .
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 2024-cü ilin birinci rübündə illik inflyasiya orta hesabla 1,9 faiz olacaq. Bundan əvvəl iqtisadçılar ilin birinci rübü üçün orta hesabla 2,2 faiz proqnozlaşdırmışdılar.
ECB-nin sentyabr ayında açıqladığı proqnozlar ilin ikinci yarısında hədəfə qayıdışı proqnozlaşdırırdı.
Bununla belə, iqtisadçılar baza inflyasiyanın 2025-ci ilin birinci və ikinci rübündə 2,1 faiz və 2,3 faiz səviyyəsində daha yüksək olaraq qalacağını proqnozlaşdırırdılar.
Keçən ay ECB, sərtləşdirmə dövrünə başladığı 2022-ci ilin ortalarından bəri ilk dəfə faiz dərəcələrini sabit saxlamaq qərarına gəldi. İqtisadçılar, daha əvvəl 2024-cü ilin sentyabrında ediləcəyi proqnozlaşdırılan ilk faiz endiriminin 2024-cü ilin iyununda ediləcəyini gözləyirlər.
Yunanıstan Mərkəzi Bankının prezidenti Yannis Stournaras bildirib ki, ECB gələn ilin ortalarından etibarən borclanma xərclərini azaltmağı nəzərdən keçirə bilər. Bir çox ECB rəsmiləri bu cür hərəkətlər barədə danışmaq üçün hələ tez olduğunu vurğuladılar.
Günel Məlikzadə
Fins.az