BANK

07 Noyabr

AMB: Valyuta hərracında tələb təmin edildi - 07.11.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 35,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, noyabrın 2-də hərracda tələb 57,4 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az