BANK

07 Noyabr

UBS son 6 ildə ilk dəfə zərərini açıqlayıb

Credit Suisse-in davam edən alışı onun performansına mənfi təsir göstərdiyi üçün UBS altı ildə ilk dəfə rüblük itki verdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bank Credit Suisse inteqrasiyası ilə bağlı ümumi xərclərə 2 milyard dollar daxil etdikdən sonra, sentyabr ayına qədər olan üç ay ərzində 785 milyon dollar xalis zərər gördüyünü söylədi.

Nəticələri şərh edən UBS-in baş direktoru Sergio Ermotti, "Mart ayında maliyyə sistemini sabitləşdirmək üçün çağırılan UBS-in daha güclü və daha təhlükəsiz versiyasını qurduğumuz üçün gələcəyimizə nikbin baxırıq" dedi.

Bankın portfelinin idarə edilməsi bölməsi təxminlərdən aşağı olmaqla 1,01 milyard dollar vergidən əvvəl mənfəət əldə edib .

 

Bölmə 22 milyard dollar xalis yeni müştəri vəsaiti yaratdı və Credit Suisse-nin aktivlərin idarə edilməsi biznesi il yarımda ilk dəfə müsbət axınlar gördü. Aktivlərin idarə edilməsi bölməsində mənfəət də gözləniləndən aşağı olub.

UBS bildirib ki, mərkəzi bank faiz artımı və geosiyasi gərginliklər də daxil olmaqla iqtisadi perspektivlə bağlı qeyri-müəyyənliyin davam etməsi sərvət idarəçiliyi müştərilərinin dördüncü rübdə ticarət etmək istəyinə təsir göstərə bilər.

UBS, Credit Suisse-dən aldığı və davam etdirmək istəmədiyi aktivlərin ləğvini sürətləndirdiyini və rübdə risklə ölçülmüş aktivləri 6,4 milyard dollar azalddığını açıqladı.

İsveçrə bankı, 2024-cü ilin fevral ayında tam illik nəticələri ilə eyni zamanda, üç illik böyümə strategiyasını və səhmlərin geri alınması proqramına dair yeniləməni açıqlayacağını söylədi.

Günel Məlikzadə
​Fins.az