BANK

07 Noyabr

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini son 12 ilin ən yüksək səviyyəsinə qaldırıb

Avstraliya Ehtiyat Bankı (RBA) inflyasiya gözləntilərindəki artım səbəbiylə dörd iclasda sabit saxladığı benchmark faiz dərəcəsini artırıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, GRBA idarə heyəti çərşənbə axşamı nağd pul dərəcəsini 25 əsas bənd artıraraq 4,35 faizə çatdırmaq qərarına gəlib ki, bu da son 12 ilin ən yüksək səviyyəsidir. İqtisadçıların gözləntiləri faiz dərəcəsində 25 bəndlik artım olacağı idi.

Yeni prezident Mişel Bullok və idarə heyəti bu yaxınlarda dəfələrlə işarə ediblər ki, inflyasiya gözlənildiyi kimi yavaşlamasa, faiz dərəcələrini artırmağa davam etməyə hazırdırlar.

Pul Siyasəti Komitəsi, "inflyasiyanın məqbul bir müddət ərzində hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin daha da sərtləşdirilməsinə ehtiyac olub-olmayacağının məlumatlardan və inkişaf edən risk qiymətləndirmələrindən asılı olacağını" qiymətləndirdi.

Günel Məlikzadə
​Fins.az