BANK

07 Noyabr

Bayram günlərində hansı banklar fəaliyyət göstərəcək?  - SİYAHI

08–12 noyabr 2023–cü il tarixləri olan qeyri-iş günlərində bankların filial və şöbələri, “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Azərbaycan Mərkəzi Bankından Fins.az-a verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 118 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 73 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt” MMC-nin satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki cədvəldə təqdim edilir.

Banklar

"Azәrpoçt" MMC

Valyuta mübadilə məntəqələri

Fuad Mədətov
Fins.az