BANK

12 Noyabr

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditinin məbləği artıb

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 391,9 milyon manat kredit verilib.

Azərbaycan Mərkəzi Bankdan Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 24% artaraq 353,6 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 31,7% artaraq 270 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 31% azalaraq 65,7 milyon manata düşüb.

Fuad Mədətov
Fins.az