BANK

06 Noyabr

Azərbaycanda problemli kreditlərin məbləği azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, sentyabrın 1-i ilə müqayisədə 2,7% azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4%, son 1 ildə isə 20% azalıb.

Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib. Bu nisbət avqustun sonuna 2,4%, ötən ilin sonuna 2,9%, ötən il sentyabrın sonuna isə 3,3% olub.

Fuad Mədətov
Fins.az