Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Caspian Finance” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Qurumdan Fins.z-a verilən məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-ə çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caspian Finance”ı 2022-ci ilin dekabrında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 42, nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi isə Samir Xangiz oğlu İsgəndərovdur.
Fuad Mədətov
Fins.az