BANK

04 Noyabr

Yelo Bank-da növbəti sağlamlıq tədbiri

Oktyabr ayı bütün dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd olunur. Yelo Bank bu mühüm sağlamlıq problemi haqqında məlumatlılığı artırmaq üçün təşəbbüskar addım atıb. Sağlam Ailə-nin təşkilatçılığı və tanınmış həkim-ginekoloqun iştirakı ilə Bankın qadın əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib. Son illər bu xərçəng növü üzrə ölkəmiz də daxil olmaqla, bütün dünyada tutulma halları artmaqdadır. Həyati təhlükə daşıyan bu xəstəliyin erkən diaqnozu çox əhəmiyyətlidir. Bu məqsədlə həkim-ginekoloq Sevgin Bayramzadə süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edib. Tədbir məlumatlandırıcı materialların paylanılması ilə yekunlaşıb. 

Bankdan Fins.az-a verilən məlumata görə, Yelo Bank 2023-cü ili “Sağlamlıq ili” elan edib və əməkdaşlarının rifahının yüksəldilməsi üçün bir sıra layihələrə imza atıb. Cari ilin əvvəlində Bank daxilində əməkdaşlar üçün ödənişsiz göz, D vitamini, gizli şəkər müayinəsi həyata keçirilib. Həmçinin, tanınmış tibb nümayəndələrinin iştirakı ilə sağlamlıq sessiyaları və müntəzəm yoqa dərsləri də təşkil edilir.

Ehtiyac krediti ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!