Fins.az xəbər verir ki, Expressbank beynəlxalq əməliyyatlar üzrə əhatə dairəsini genişləndirməyə davam edir. Bank bu dəfə "Bank of Georgia"da müxbir hesab açıb. Müştərilər pul köçürmələrini 3 valyutada (dollar, avro, Gürcüstan larisi) həyata keçirə bilərlər.
Qeyd edək ki, yaxın günlərdə Expressbank Çinin “Zhejiang Chouzhou Commercial” bankında müxbir hesab açmışdı.
Yeni əməkdaşlıqlar münasibətilə Bank Gürcüstan və Çinə pul köçürmələri üzrə yeni kampaniyaya start verib. Belə ki, “Avtomobil alışı və logistikası” təyinatlı SWIFT köçürmələri ABŞ dolları və avro ilə edildikdə komissiya 0,2% olacaq.
Komissiya: 30-400 dollar / 30-300 avro.
Kampaniya fiziki şəxslərə şamil edilir. Təklif 29 dekabr 2023-cü ilə tarixinədək keçərlidir.
Xarici pul köçürmələri etmək istəyən müştərilər "Expressbank"ın digər müxbir hesabları ilə buradan tanış ola bilərlər.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank - İşiniz rahat getsin!
Murad Abdullayev
Fins.az