2021-ci ilin dekabr ayından bəri ardıcıl 14 faiz artımından sonra İngiltərə Bankı (BoE) sentyabr və noyabr iclaslarında daha da sərtləşdirməni dayandırıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Pul Siyasəti Komitəsi son iki iclasında siyasət faizini son 15 ilin ən yüksək səviyyəsi olan 5,25 faiz səviyyəsində sabit saxlayıb.
Sentyabrda inflyasiyanın illik bazda 6,7%-yə düşdüyünü və oktyabrda 5 faizdən bir qədər aşağı düşəcəyini gözlədiklərini ifadə edən BoE Qubernatoru Andrew Bailey, inflyasiya hədəflənən 2 faizə düşənə qədər faiz dərəcələrinin kifayət qədər uzun müddət yüksək qalacağı mesajını verib.
İngiltərənin ən qədim müstəqil iqtisadi tədqiqat institutu olan Milli İqtisadi və Sosial Araşdırmalar İnstitutunun (NIESR) baş iqtisadçısı Ahmet Kaya, BoE-nin pul siyasətini aqressiv sərtləşdirməyə başladığını və bunun inflyasiyaya təsirinin hələ tam olaraq görülmədiyini söyləyib.
Günel Məlikzadə
Fins.az