Sabah “Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır. Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a maraq göstərən hər kəs burada bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, effektiv şəkildə tətbiq edən ABB də sammitin tərəfdaşıdır.
Bankdan Fins.az-a verilən məlumata görə, belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Elə tədbirin məqsədi də Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaqdır.
Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər bu sahədə ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni paylaşacaqlar. Sammitin rəhbərlik panelində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da çıxış edəcək. O, Bankın Agile sahədə əldə etdiyi təcrübəni bölüşəcək, iştirakçıların suallarını cavablandıracaq.
Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 600-dən çox əməkdaşın çalışdığı 17 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.