BANK

05 Noyabr

Çexiya Mərkəzi Bankından sürpriz faiz qərarı

İnflyasiya riskləri iqtisadiyyatda yavaşlama riskini üstələdiyi üçün Çexiya Milli Bankı faiz dərəcələrini dəyişməz saxlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki,  Pul Siyasəti Komitəsi siyasət faizini 7 faiz səviyyəsində saxlayıb. Gözlənti 25 baza bəndi azalma idi. 7 nəfərdən ibarət idarə heyətində 2 üzv 25 bəndlik azalmanın lehinə səs verib. Prezident Ales Michi, əmək haqqı artımlarının inflyasiya dövrünə səbəb olmasının qarşısını almaq üçün pul siyasətini "məhdudlaşdırıcı" səviyyədə saxlamağa qərar verdiklərini bildirib.

Bank gələn il üçün artım gözləntisini aşağı salsa da, inflyasiya gözləntilərini də yuxarıya doğru nəzərdən keçirib. Michi, faiz dərəcəsinin azaldılması strategiyasının müzakirə edildiyini və növbəti görüş üçün bir seçim olaraq faiz endiriminin masada olacağını söyləyib.

Pul bazarları dekabrın 21-də keçirilən iclasda faiz dərəcəsinin ən azı 25 baza bəndi endirilməsi ilə qiymət qoyub. 

 

Günel Məlikzadə
Fins.az