BANK

03 Noyabr

Türkiyədə illik inflyasiya cüzi azalıb

Türkiyədə illik inflyasiya bu ilin oktyabr ayında cüzi azalıb.

Fins.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabr ayında inflyasiya 61.36%-ə kimi enib. Sentyabr ayında bu rəqəm 61.53% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.43%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 55% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 25.98% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 94.12% ilə restoran və otellər qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.

Fuad Mədətov
Fins.az