BANK

10 Noyabr

İngiltərə Bankı faiz dərəcələrini son 15 ilin ən yüksək səviyyəsində saxlayıb

İngiltərə Bankı (BoE) siyasət faizini gözləntilər daxilində sabit saxlayıb.

Fins.az Bloomberg-ə istinadən Mərkəzi Bankın Pul Siyasəti Komitəsi uçot dərəcəsinin 5,25 faiz səviyyəsində saxlanmasına 6-3 səs verib.

Qərar mətnində məhdudlaşdırıcı pul siyasətinin yəqin ki, uzun müddət davam edəcəyi proqnozlaşdırılıb.

Dünən açıqlanan qərar protokollarına görə, şahin komitə üzvləri qiymətlər üzərində davamlı yüksəliş təzyiqi səbəbiylə daha bir dörddəbir bəndlik faiz artımı tələb ediblər.

BoE qubernatoru Andrew Bailey və digər üzvlər Böyük Britaniyanın inflyasiya səviyyəsini azaltmaq üçün "məhdudlaşdırıcı" siyasət mövqeyinə "uzun müddət" ehtiyac duyulacağına razılaşıblar. Bailey, faiz dərəcələrinin endirilməsi haqqında danışmaq üçün hələ tez olduğunu vurğulasa da, daha çox faiz artımının zəruri olub-olmadığını izlədiklərini söyləyib.

 

Günel Məlikzadə
Fins.az