BANK

02 Noyabr

Sberbank 3-cü rübdə 4,4 milyard dollar xalis mənfəət əldə edib

Sberbank tərəfindən edilən yazılı açıqlamada bankın ilin 9 ayında 1,1 trilyon rubl xalis mənfəət əldə etdiyi bildirilib.

Fins.az xəbər verir ki, açıqlamada üçüncü rübdə bankın xalis mənfəətinin 411,4 milyard rubla çatdığı və bunun bankın tarixində əldə etdiyi ən yüksək rüblük xalis mənfəət olduğu bildirilib.

Sberbank-ın xalis mənfəəti əvvəlki illə müqayisədə 75 faiz azalaraq, sanksiyaların təsiri ilə keçən il 300 milyard rubla düşüb.

Ekspertlər rublun xarici valyutalara nisbətdə ucuzlaşmasının Rusiya banklarının gəlirliliyinə müsbət təsir etdiyini bildirirlər.

Günel Məlikzadə
Fins.az