Almaniya Mərkəzi Bankının rəhbəri Yoahim Nagel dünən Berlində "Sıx pul siyasətimiz işləyir, lakin biz çox tez təslim olmamalıyıq. Əksinə, əsas faiz dərəcələri kifayət qədər uzun müddət kifayət qədər yüksək səviyyədə qalmalıdır" deyib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Nagel bildirib:
"Faiz dərəcələrinin artıq pik həddinə çatıb-çatmadığını hələ demək mümkün deyil. Biz məlumatlara ciddi şəkildə riayət edirik. Pul siyasəti mövqeyimiz inflyasiyanın 2 faizə qayıtmasını təmin etməlidir. İnflyasiya inadkar olduğunu sübut edib və hələ məğlub olmayıb".
Prezident Christine Lagarde, hazırda başqa bir artıma ehtiyac olmadığını və bazarların və iqtisadçıların borclanma xərclərinin 2024-cü ilə qədər bu səviyyədə qalacağını gözlədiklərini bildirib.
Günel Məlikzadə
Fins.az