Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda cari hesablar üzərindən aparılan müştəri köçürmələrində internet bankçılığının payı 80 % təşkil edib.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Baş direktoru Fərid Osmanov Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.
Onun sözlərinə görə, hesabat dövründə token əməliyyatlarının ümumi məbləği 1,9 milyard manat təşkil edib. Həmçinin POS-terminallarla həyata keçirilən ödənişlərdə token əməliyyatlarının xüsusi çəkisi 27% olub.
F.Osmanov onu da qeyd edib ki, son 1 ildə kartlarla keçirilən aktiv ödənişlərin məbləği isə 2 dəfə artaraq 33 milyard manata çatıb.
O, əlavə olaraq bildirib ki, ötən illərdə nağdsız dövriyyənin xüsusi çəkkisi 1-2 faiz bəndi artığı halda bu ilin ötən dövründə 12,4 faiz bəndi artaraq 54 %-i keçib.
Fuad Mədətov
Fins.az