Azərbaycanın maliyyə sektoru dayanıqlıdır və bu ilin yanvar-sentyabr aylarında internet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 15 faiz artaraq 172 milyard manata bərabər olub.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov noyabrın 1-də Bakıda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda deyib.
Onun sözlərinə görə, hesabat dövründə mobil bankçılıq 2,4 dəfə artaraq 18,4 milyard manata çatıb:
"Oktyabrın 1-nə dövriyyədə olan kartların sayı 20 faiz artaraq 16 milyon manat təşkil edib. Nağdsız ödənişlərin həcmi 3 dəfə artaraq, 33 milyard manata çatıb. Nağdsız dövriyyənin xüsusi çəkisi 12,4 faiz bəndi artaraq 54 faizi ötüb".
Fuad Mədətov
Fins.az