BANK

31 Oktyabr

Avstraliya Mərkəzi Bankın müstəqilliyi məsələsi müzakirə edilib

Citigroup-un Avstraliya iqtisadiyyat komandası, gələn həftə baş tutacaq iclasda mümkün faiz artımı ərəfəsində mərkəzi banka qarşı "mümkün siyasi təzyiq"lə bağlı müştərilərin suallarını cavablandırdığını söyləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Citi-dən Josh Williamson Xəzinədarlıq katibi Jim Chalmersin keçən həftə açıqlanan üçüncü rüb inflyasiya məlumatlarında trendin inflyasiya görünüşündə "əhəmiyyətli dəyişiklik" yaratmadığını söylədikdən sonra "siyasi təsir" riskinə işarə edib.

Bu, Avstraliya Ehtiyat Bankının Başçısı Mişel Bullokun bankın "inflyasiya proqnozuna əhəmiyyətli dərəcədə yuxarıya doğru yenidən baxılması halında" faiz dərəcələrini artırmaqdan çəkinməyəcəyi xəbərdarlığından bir gün sonra baş verib.

Uilyamson məsələyə münasibət bildirib: “Xəzinədarlıq katibinin sözləri bankı yeni faiz artımından yayındırmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Günel Məlikzadə
Fins.az