BANK

31 Oktyabr

Azərbaycan banklarının nəqliyyat-rabitə sektoruna kredit qoyuluşu artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının nəqliyyat-rabitə sektoruna kredit qoyuluşu 1 098,5 milyon manat təşkil edib.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 45,4% çoxdur.

Fuad Mədətov
Fins.az